Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev ürəkdən əməliyyat olunmuş jurnalist Nizami Məmmədzadənin səhhəti ilə maraqlanıb

Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli səfiri Faiq Quliyev bu günlərdə infarkt keçirmiş və ürəkdən açıq əməliyyat olunmuş Azərbaycanın Əməkdar jurnalisti, AYB-nin üzvü Nizami Məmmədzadənin səhhəti ilə maraqlanıb və jurnalistin ailəsində olub. Hörmətli səfir həkimlər tərəfindən jurnalistə göstərilən qayğı və diqqətlə yaxından maraqlanaraq N. Məmmədzadənin hazırkı sağlamlıq durumunun yüksək səviyyədə nəzarətə götürüldüyünün şahidi olub və ona sağlamlıq arzulayıb.

Jurnalist Nizami Məmmədzadə hörmətli səfirə onun səhhəti ilə maraqlandığı üçün təşəkkürünü bildirib, diplomatın Gürcüstandakı fəaliyyətini yüksək qiymətləndirib və Azərbaycan-Gürcü xalqının tarixi dostluğunun inkişaf etdirilməsində gənc diplomatın uğurlu addımlar ataraq bu istiqamətdə həyata keçirilən dövlətlərarası siyasətə töhfələr verdiyini qeyd edib. O, hörmətli səfirin ona baş çəkdiyini, səhhətinə diqqət yetirdiyi üçün bir daha təşəkkür edib və  gəlişi ilə ona şərəf verdiyini bildirib.

Səfir Faiq Quliyev jurnalistlə söhbət zamanı Gürcüstanda Azərbaycandilli mətbuatın inkişafı ilə bağlı fikirlərini bildirib, jurnalistə bu yolda uğurlar arzulayıb.  

GAXA.ge