Əməkdar jurnalist Nizami Məmmədzadə infarkt keçirib

Gürcüstanda fəaliyyət göstərən “GAXA.ge” (Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyi) saytının rəhbəri Nizami Məmmədzadə infarkt keçirib. Təcili olaraq Tiflisdəki xəstəxanaya çatdırılan Azərbaycanın Əməkdar jurnalisti, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, AYB-nin üzvü Nizami Məmmədzadə 10 gündür ki, ürəkdən açıq əməliyyat olunub. Hazırda jurnalistin vəziyyəti qənaətbəxşdir. O, artıq 3-cü gündür ki, evdə müalicəsini davam etdirir.

Jurnalistin infarkt keçirməsinin səbəbi bir neçə səbəbə əsaslanır. N. Məmmədzadənin məlumatına görə, martın 19-da peşə vəzifəsini yerinə yetirərkən Rusiyada cinayət törədərək Gürcüstana qaçıb gələn bir nəfər cinayətkar və onunla əlbir olan və cinayətkar "dostu" ilə birlikdə jurnalist Nizami Məmmədzadəyə fiziki hücum edib, ona qarşı güc və mənəvi təhqir həyata keçiriblər.

Hadisədən sonra Marneilidəki Geo Hospital xəstəxanasına müraciət edən jurnalistin şəkəri 500-ə qalxıb və o, az qala koma vəziyyətinə düşüb. Hadisə barədə iki ay bundan əvvəl yazılı şəkildə Marneuli Rayon Polis şöbəsinə ərizə və izahat verilib. Hadisə ilə bağlı  video görüntülərin mövcud olmasına baxmayaraq, Gürcüstan Cinayət Məcəlləsinin 154-cü maddəsi ilə istintaq başladıldı amma heç bir nəticə yoxdur.

Hadisədən sonra həkimlərin nəzarəti altında müalicə alan əməkdar jurnalist infarktdan qaça bilməyib və indi ağır vəziyyətdə müalicəsini davam etdirir.

Hadisələr baş verən aylarda isə əməkdar  jurnalist və onun ailəsi Qardabanidən olan müxalifət yönümlü iki Qardabani sakini, Səməd Şahverdiyev və Allahyar Yusubov tərəfindən təhdid və təhqir edilib, hətta ailə üzvləri ölümlə hədələnib.

Jurnalist Nizami Məmmədzadə qeyd edib ki, Gürcüstnın Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirliyində Kvemo Kartli bölgəsi üzrə müşavir vəzifəsində çalışan oğlu Ayaz Məmmədovu ölümlə hədələməyə səbəb bölgələrdə Etnik Azlıqlar Üçün Təmənnasız Dövlət Hüquqi Xidmətlərindən İstifadə adı altında görüşlərin keçirilməsi olub. Layihənin məqsədi vətəndaşları dövlət xidmətləri ilə maksimum dərəcədə məlumatlandırmaq olub. Sözügedən layihə cəmiyyətimiz tərəfindən çox müsbət qarşılandı, lakin görünür ki, müəyyən quruplar bundan çox narahat oldular. Onlar Ayaz Məmmədov niyə Gürcüstanda yaşayan azərbaycanlılara etnik azlıq adı verir deyərək onu ölümlə təhdid etməyə, vəzifəsindən uzaqlaşdırmağa cəhd edirlər. Bu istiqamətdə apardığım araşdırma nəticəsində onun təhqir və təhdid olunmasına səbəb oğlumun son aylar öz işində daha fəal çalışmağı olub. Bir az sonra məlum olub ki, onlara “göstəriş” verənlərin marağı gələcəkdə Marneulidə mer vəzifəsinə seçkilər olub. Onlar öz-özlərinə fikirləşiblər ki, bölgəni, rayonları və kəndlərin yaşayış tərzini, sosial həyatını yetərincə tanıyan, xalqını sevərək 15 ildir ki, ona xidmət edən və can yandıran Ayaz Məmmədov Gürcüstada bu ilin payız ayında yerli özünüidarə etmə seçgilərində mer vəzifəsinə gənc kadr kimi namizəd ola biləcəyini düşünərək məqsədli şəkildə onu nufuzdan salmaq istəyində olublar.

Ayaz Məmmədov ölümlə hədələndiyini faktlara əsasən Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə cinayət işi  qaldırılsa da yenə də xüsusi qüvvələr, sapı özümüzdən olan “baltalar” ondan əl çəkmirlər. Məlumata görə, yenə ona deyirlər ki,  könüllü olaraq vəzifəsini tərk etsin.

Həm əməkdar jurnalist Nizami Məmmədzadənin, həm də dövlət vəzifəsində çalışan onun oğlu Ayaz Məmmədovun taleyi sual altındadır.

Əməkdar jurnalist bildirib ki, şikayətimizə lazımi şəkildə baxılmır. Biz kimdən dəstək alaq? Bölgədə distkreditasiya olunuruqsa, kimə müraciət edək? Oğru aləminə, xarici ölkəyə, yoxsa?... Bu, söz azadlığının, ölkə vətəndaşlığının hüquqlarının pozulması deyilmi?...

Baş verən hadisləri ictimaiyyələşdirmək üçün həm dövlət və hökumət adamlarının,  jurnalistlərin, ictimaiyyət nümayəndələrinin, ziyalıların, dost və tanışların dəstəyi çox vacibdir.

P.S. İstər əməkdar jurnalist Nizami Məmmədzadənin, oğlu Ayaz Məmmədovun ailəsinin təhdid və təhqir edilməsi belə qalmayacaq. Vaxt olacaq ki, onları təhqir edənlər, bütün bu işləri düzüb-qoşanlar dövlətimizin qayda və qanunları əsasında cəzalanacaqlar. Buna əmin ola bilərsiniz!

GAXA.ge