Bolnisidə Gürcüstan Parlamentinin, Regional Siyasət və Özünüidarə Komitəsinin iclası keçirilib

Bolnisi Muzeyində Gürcüstan Parlamentinin Regional Siyasət və Özünüidarə Komitəsinin iclası keçirilib. GAXA-nın məlumatına görə, iclasda qanunvericilik, icra və yerli hakimiyyət orqanlarının nümayəndələrinə Regional İnkişaf Nazirliyinin 2020-2022-ci illər üçün layihələr və gələcək planlar barədə məlumat verilib. İclasda komitə sədri Sozar Subari, Gürcüstanın regional inkişaf və infrastruktur nazirinin müavini İlya Beqiaşvili və Mziya Corqobiani, Bələdiyyə İnkişaf Fondunun direktoru Giorgi Şenqelia, Kvemo Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili, Dmanisi meri Giorgi Tatuaşvili və Dmanisi  bələdiyyəsinin, həmçinin digər bölgə və icra hakimiyyət orqanlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə Dmanisi meri Giorgi Tatuaşvili çıxış edib. Dmanisi meri bələdiyyədəki problemləri vurğulayıb və yaxın gələcəkdə qeyd olunan problemlərin aradan qaldırılacağına ümid etdiyini bildirib.

GAXA.ge