Gürcüstanda daha 24 nəfər koronavirusdan dünyasını dəyişib

“Son 24 saat ərzində Gürcüstanda koronavirüsdən 24 yeni ölüm qeydə alınıb. GAXA-nın məlumatına görə, pandemiya başlayandan bu günə qədər Gürcüstanda ümumilikdə 4.305 nəfər koronavirus qurbanı olub”,- deyə Gürcüstan hökuməti administrasiyasının yaydığı məlumatda deyilir.

Son 24 saat ərzində ölkədə 549 yeni təsdiqlənmiş koronavirus infeksiyası hadisəsi müəyyənləşdirilib, 9 535 test aparılıb.

GAXA.ge