Böyük Vətən Müharibəsi rəqəmlərdə; insan itkisi 26,6 milyonu təşkil etdi

9 May-2021-ci il Böyük Vətən müharibəsində qələbənin 76-cı ildönümü qeyd olunur. GAXA-nın məlumatına görə, müharibə illərində faşist Almaniyası Sövet İttifaqını yer üzündən silmək və bu ölkədə yaşayan xalqları tamamilə məhv etmək istəyirdi.

Müharibə dövründə SSRİ-nin - hərbçilərin və mülki şəxslərin ümumi insan itkiləri 26,6 milyon nəfər təşkil etdi. Mülki əhalinin itkiləri 13 684 700 nəfər təşkil etmişdir. Bunlardan: 7 420 400 adam qəsdən öldürüldü, Almaniyada məcburi əməkdə 2 164 300 nəfər öldü, 4 100 000 nəfər aclıq, xəstəlik və tibbi yardım çatışmazlığından dünyalarını dəyişdilər.

Müharibə dövründə 31.812.158 Sovet vətəndaşı hərbi xidmətə çağrıldı. SSRİ ordusunun geri qaytarılmayan ümumi itkiləri 11.944.100 nəfər təşkil etdi.

Bütün bunlara baxmayaraq, 9 May tarixə Qələbə Günü kimi qızıl hərflərlə həkk olundu.

GAXA.ge