Türkiyə PKK qruplaşmasına qarşı əməliyyata başlayıb

Türkiyə Daxili İşlər Nazirliyi “Eren-15” Ağrı Dağı-Çemçe Madur antiterror əməliyyatına başlayıb. Bu tədbir Ağrı, İğdır, Qars və Ərdahan bögələrində və Ərzurum Jandarm Bölgə Komandanlığının başçılığı ilə keçirilir. GAXA-nın məlumatına görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, antiterror əməliyyatında 2 065 şəxsi heyət iştirak edir. Əməliyyatın hədəfi terrorçu PKK qruplaşmasını Türkiyə gündəliyindən tamamilə çıxarmaq, həmçinin bölgədə terrorçuları və sığınacaq yerlərini zərərsizləşdirməkdir.

GAXA.ge