İstedadlı Azərbaycan rəssamı Səlcuq Bayrakdarın rəsmini çəkib

İstedadlı gənc rəssam Nihad Əliyev Vətən müharibəsində mühüm rol oynamış Səlcuq Bayraqdarın rəsmini çəkib. GAXA-nın məlumatına görə, gözəl alınmış rəsm əsərini rəssamın özü redaksiyamıza göndərib.

Rəssam əsəri "Türkün zəfər yürüşü" adlandırıb.

Qeyd edək ki, gənc rəssam Nihad Əliyevin tanınmış şəxsiyyətlər və tarixi mövzulara aid rəsm əsərləri çoxdur. O, bu mövzularda dəfələrlə fırçasının gözəlliyini sınayıb. İstedadlı gənc rəssam indiyədək Müslüm Maqomayev, Vaqif Mustafazadə, Əhmədiyyə Cəbrayılov, Məhəmməd Hüseyn Şəhriyar, Xəlil Rza Ulutürk, Yunis Əmrə, Lütfi Zadə, İnqrid Berqman, Zaha Hadid, Koko Şanel, Brus Li, Andrea Boçeli, Mirey Matiye və başqa tanınmış şəxslərin portretlərini yaradıb.

Rəssam GAXA-ya açıqlamasında , həm Azərbaycanda, o cümlədən xarici ölkələrdə rəsm əsərlərinin sərgisini təşkil etməyi planlaşdırıb. O, bu arzusunun hələlik pandemiya səbəbindən yerinə yetirə bilməyəcəyini, eyni zamanda dəstəyə ehtiyacı olduğunu bildirib. "Çox istərdim fərdi sərgim baş tutsun. Bu istəyim baş tutsa sizi də dəvət edəcəyəm",- deyə gənc rəssam bildirib.

GAXA.ge