Marqarita Simonyan: “Konstantinopolu, Parisi, Polşanı, Finlandiyanı,Tiflisi biz hədiyyə etmişik"

“Konstantinopolu, Parisi, Polşanı, Finlandiyanı,Tiflisi biz hədiyyə etmişik". GAXA-nın Azərbaycan mətbuatına istinadən məlumatına görə, bu sözləri “Vladimir Solovyovla axşam” verlişinin efiri zamanı “Rossiya seqodnya” agentliyinin baş redaktoru Marqarita Simonyan bildirib. Məlumata görə, onun sözləri sosial şəbəkələrdə ciddi müzakirə predmetinə çevrilib.

Guya Rusiya tərəfinin mövqeyindən çıxış edən Simonyan erməni kökünü gizlədə bilməyib, bu da rus auditoriyasının hiddətinə səbəb olub.

“Konstantinopolu, bundan əvvəl isə Parisi biz hədiyyə etdik. Polşanı, Finlandiyanı və hətta 2008-ci ildə Tiflisi də biz hədiyyə etmişdik”, – deyə o, bildirib.

Bununla da erməni əsilli jurnalist Simonyan “dünya ermənilərdən yaranıb” şüarı ilə zəhərlənmiş şüurunu nümayiş etdirib.

GAXA.ge