Tea Tsulukiani mədəniyyət, idman və gənclər naziri təyin edilib

Tea Tsulukiani Gürcüstanın mədəniyyət, idman və gənclər naziri təyin edilib. GAXA-nın məlumatına görə, o, 22 martda vəzifəsinə başlayacaq. Bildirilib ki,  müvafiq sərəncamı Baş nazir İrakli Qaribaşvili imzalayıb.

Bundan əvvəl parlament hökumət islahatı ilə bağlı 58 qanun layihəsini təsdiqlənib. Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi indi iki şöbəyə ayrılıb. Bölməyə ayrılmadan əvvəl şöbəyə rəhbərlik edən Mixail Çxenkeli yenidən Təhsil və Elm Naziri vəzifəsində qalıb.

TeaTsulukiani səkkiz il Gürcüstanın Ədliyyə Nazirliyinə rəhbərlik edib və 2020-ci ilin dekabrında hakim "Gürcü Arzusu" partiyasının siyahıları ilə parlament üzvü və təhsil, elm və mədəniyyət komitəsinin rəhbəri olub. Son iki ayda Tsulukiani fəal şəkildə mədəniyyət xadimləri ilə görüşlər keçirib.

Mədəniyyət Nazirliyinin iki sahəyə ayrılması hələ 2020-ci ilin yanvarında müzakirə olunmağa başlayıb. Mədəniyyət və incəsənət sahəsinin nümayəndələri dəfələrlə hökumətə belə bir xahişlə müraciət ediblər. 

GAXA.ge