Tiflis Şəhər Şurasının sədri: “Möhtəşəm Novruz Bayramı münasibətilə Azərbaycan xalqını böyük hörmətlə təbrik edirəm”

Tiflis Şəhər Şurasının sədri Giorgi Tkemaladze Şəhər Şurası üzvləri ilə birlikdə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyini ziyarət edərək Azərbaycan xalqını Novruz Bayramı münasibəti ilə təbrik edib. GAXA-nın pia.ge saytına istinadən məlumatına görə, bu barədə

Şəhər Şurasından məlumat verilib. Məlumata görə, Giorgi Tkemaladze muzeyə dəvət olunan insanlara müraciət edərək gürcülər və azərbaycanlıların uzunmüddətli, mehriban yanaşı yaşamasından danışıb.

“Yeniləşmə, Yeni ilin gəlişi, baharın gəlişi ilə əlaqəli olan bu möhtəşəm bayram münasibətilə Azərbaycan xalqını böyük hörmətlə təbrik edirəm. Tiflisdə müxtəlif millətlərdən və inanclardan olan vətəndaşların çoxəsrlik bir arada yaşamaq tariximiz var. Biz və Tiflisdə yaşayan azərbaycanlılar uzun illərdir bu günü birlikdə qeyd edirik.

Fəxr edirəm ki, Tiflis müxtəlif millətlərin və ya dinlərin nümayəndələrinin birlikdə sülh şəraitində yaşadıqları bir şəhərdir. Tiflis Şəhər Şurasının sədri: “Müsəlman qardaşlarımızı bir daha Novruz bayramı münasibəti ilə təbrik edirəm",- dedi.

Qeyd edək ki, Novruz Bayramına həsr olunmuş tədbirdə Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində paytaxtın icra, qanunverici və hökumət nümayəndələri iştirak ediblər.

GAXA.ge