Gürcüstan Ədliyyə Naziri Qoça Lortkipanidze Haaqa Məhkəməsində and içib

Yeni seçilmiş hakimlərin andiçmə mərasimi Haaqa Beynəlxalq Cəza Məhkəməsində baş tutub. GAXA-nın məlumatına görə, altı yeni seçilmiş hakimlə birlikdə Gürcüstan Ədliyyə Naziri Qoça Lortkipanidze də and içib.

Gürcüstan Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Haaqa Məhkəməsinin hakimləri vəzifələrinin icrasına rəsmi olaraq sonra başlayacaqlar.

“Qoça Lortkipanidze Beynəlxalq Cinayət Məhkəməsinin hakimi seçilən ilk gürcüdür. Ölkəmizin Haaqada heç vaxt nümayəndəsi olmayıb. Seçkilər keçən il 19 dekabrda keçirilib. 76 nümayəndə Qoça Lortkipanidzeyə səs verib. O, 9 il müddətinə hakim seçilib.

Qoça Lortkipanidze Haaqa Məhkəməsində hakim vəzifəsini icra edənədək Gürcüstanın Ədliyyə Naziri vəzifəsində çalışmağa davam edəcək”- deyə Gürcüstan Ədliyyə Nazirliyindən bildirilib.

GAXA.ge