Gürcü kursantları 100 il əvvəl azadlıq uğrunda qəhrəmancasına həlak olublar

Tiflis Bələdiyyə İdarə Heyətinin sədri Qiorqi Tkemaladze və bələdiyyə üzvləri kursantların xatirəsinə əklil qoyub, xatirələrini ehtiramla yad ediblər. GAXA-nın məlumatına görə, Qiorqi Tkemaladze vurğulayıb ki, düz bir əsr əvvəl müstəqillik uğrunda mübarizə aparan kursantlar döyüş meydanında qəhrəmancasına həlak olublar.

Onun sözlərinə görə, onların vətən qarşısında xidmətlərini heç vaxt unutmamaq hamımızın borcumuzdur.

“Bu gün Gürcüstan tarixinin ən ağır günlərindən biridir. 100 il əvvəl kursantlar ölkəmizin azadlığı üçün qeyd-şərtsiz həyatlarını qurban verdilər.

Xatırladaq ki,  25 fevral 1921-ci il tarixində Qızıl Ordu Tiflisi ələ keçirib. 

GAXA.ge