Son 24 saat ərzində 19 nəfər koronavirüsdan dünyasını dəyişib

Gürcüstanda son bir gündə aşkar edilmiş koronavirus infeksiyası hallarının sayı 396 nəfər artıb, 19 nəfər dünyasını dəyişib. GAXA-nın məlumatına görə, bu barədə rəsmi StopCov saytında məlumat verilib.

Məlumata görə, pandemiya başlayandan bəri ölkədə 268.097 infeksiya hadisəsi aşkar edilib, 469 xəstə ölkənin kovid klinikalarından çıxıblar.

Eyni zamanda, pandemiya başlayandan bəri 261.066 xəstə sağalıb və 3.425 nəfər ölüb.

Hazırda 3580 nəfər xəstədir.

GAXA.ge