Girovluqdan azad olunan dənizçilər İstanbula gətirilib

Girovluqdan azad edilən “Mozart” gəmisinin 15 heyət üzvü “Türk Hava Yolları” aviaşirkətinə məxsus təyyarə ilə İstanbula gətirilib. GAXA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, dənizçiləri İstanbul hava limanında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və onların ailə üzvləri qarşılayıblar.

Xatırladaq ki, yanvarın 23-də “Mozart” gəmisinə Nigeriya sahillərində dəniz quldurları tərəfindən hücum edilib. Hücum nəticəsində gəmidə olan 19 nəfər heyət üzvündən 15-i girov götürülüb. Gəminin azərbaycanlı mühəndisi Fərman İsmayılov hadisə zamanı qətlə yetirilib.

GAXA.ge