Azərbaycanlı Qırğızıstanda “super döyüş”ü qazanaraq kəmər sahibi olub

4-7 fevralda Qırğızıstanın cənub paytaxtı Oş şəhərində FFC Beynəlxalq idman yarışı keçirilib. GAXA-nın turkelpress.com saytına istinadən məlumatına görə, tədbirdə uşaqlar və böyüklər arasında yarışmada iştirak edən 700 iştirakçı gücünü sınayıb. Rusiyanın Novosibirsk şəhərində yaşayan və Azərbaycan bayrağı altında yarışan gənc idmançı Tünzalə İmanlı da hər dəfə olduğu kimi bu dəfə də 55 kq-da “super döyüş”də yarışın qalibi olaraq kəmərin sahibi kimi Azərbaycanın üç rəngli ay-ulduzlu bayrağını dalğalandırıb.

Eksklüziv müsahibəsində Tünzalə bu qələbəsini ikinci Qarabağ müharibəsində şəhid olanların xatirəsinə ithaf ettiyini bildirib.

Mənbə: turkelpress.com

GAXA.ge