Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib. GAXA-nın məlumatına görə, bu barədə “Anadolu” Agentliyi xəbər verib. Bildirilib ki, dövlət başçısına Çinin “Sinovac” şirkətinin istehsalı olan “CoronaVac” vaksini vurulub. Vaksinin vurulması Ankara Şəhər Xəstəxanasında həyata keçirilib.

Məlumata görə, Türkiyənin Əczaçılıq və Tibbi Ləvazimat Təşkilatı laborator şəraitdə 14 gün araşdırma apardıqdan sonra ölkə ərazisində “CoronaVac” vaksininin tətbiqinə icazə verib. Ötən gün Türkiyənin səhiyyə naziri Fahrettin Koca və bir sıra şəxslər koronavirusa qarşı peyvənd edilib. Bu gündən etibarən isə bütün ölkə ərazisində tibb işçilərinin vaksinasiyasına başlanılıb.

Hazırda peyvənd proqramının ilk dozasının həyata keçirilməsi işində 254.000 həkim çalışır.

GAXA.ge