Türkiyəli mütəxəssislər azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənməsi prosesinə cəlb olunacaq

Türkiyəli mütəxəssislər azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənməsi prosesinə cəlb olunacaq. GAXA-nın məlumatına görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib. Artıq Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda olan minadan təmizləmə üzrə heyəti xüsusi hazırlanmış mühəndis şəhərciklərində mühəndis təminatı tapşırıqlarının yerinə yetirilməsi üzrə məşqlər keçirir.

Nazirlikdən verilən məlumata görə, məşqlər zamanı istehkamçılar ərazinin kəşfini aparır, xüsusi avadanlıqdan və təlim keçmiş itlərdən istifadə etməklə minaların aşkar edilməsi və zərərsizləşdirilməsi üzrə təlim tapşırıqlarını icra edir.

Hazırlıq prosesi bitdikdən sonra türkiyəli mütəxəssislər azad edilmiş Azərbaycan torpaqlarının minalardan təmizlənməsi prosesinə cəlb olunacaq.

GAXA.ge