Erməni muzdlular Suriyada dəfn olunur

Suriyada Hələbdən müharibəyə qatılmaq üçün Qarabağa gedən bir çox erməni döyüşlərdə öldürülüb. GAXA-nın Haqqin.az saytına istinadən məlumatına görə, Türkiyənin Yeni Şafak nəşrinə görə, Qarabağda öldürülən 30-a yaxın erməninin cəsədi Yerevandan təyyarə ilə Latakiyada yerləşən Rusiyanın Xmeymim aviabazasına çatdırılıb.

Məlumata görə, Qarabağda öldürülən ermənilərin cəsədləri Əsəd rejiminə yaxın milislərə təhvil verilib. Erməni silahlıları son həftələrdə Süleymaniyyə və Əziziyyə bölgələrində dəfn edilib. 

Suriyalı ermənilər və assuriyalılardan ibarət olan muzdluların Qarabağ müharibəsində iştirak etdikləri üçün aylıq 1500 dollar maaş aldıqları və onlara gələcəkdə də Ermənistan vətəndaşı olmaq imkanı verildiyi bildirilir.

Əsəd rejimi Qarabağda öldürülən muzdlu ailələrinə təzminat ödəməyi öz üzərinə götürüb. 30-dan çox ailə 200 min Suriya lirası təzminat alınıb.

GAXA.ge