ABŞ Dövlət Katibi Mike Pompeonun Gürcüstana səfəri başa çatıb

"Gələcəkdə ölkənizdəki demokratikləşmə prosesini dəstəkləmək, azad və ədalətli seçkilər üçün vacib olan qurumları və sağlam müzakirə və demokratiyadan qaynaqlanan hər şeyi dəstəkləmək üçün hər şeyi edəcəyik. Qonaqpərvərliyiniz üçün təşəkkür edirəm." GAXA-nın məlumatına görə, bu sözləri ABŞ Dövlət Katibi Mike Pompeo Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın Baş naziri Qiorqi Qaxariyaya bildirib.

Qeyd edək ki, bu gün Dövlət Katibi Mike Pompeonun Gürcüstana rəsmi səfəri sona çatıb.
Məlumata görə, o, İsrailə yola düşüb.

GAXA.ge