Ağdamda erməni hərbçilərini sülhməramlılar mühasirəyə alıb, təslim olmaqları tələb olunub

Ağdamda hələ də gizlənən erməni hərbçiləri rus sülhməramlılrı tərəfindən gecə mühasirəyə alınıblar. GAXA-nın Azərbaycan və Rusiya mətbuatına istinadən məlumatına görə, rus əsgərləri onları mühasirəyə alaraq “Vaxt itirmədən silahı yerə qoyun və təslim olun. Sənin ölümün heç nəyi dəyişməyəcək”- deyə onlara səsgücləndirilicilərlə müraciət ediblər.

Müraciət həm rus dilində, həm də erməni dilində səsləndirilib. Sülhməramlılar onları diri götürməyə çalışıblar. Bildirilib ki, ermənilər tabe olmasalar məhv ediləcəklər. Bildirildiyinə görə, sülhməramlılardan 4 nəfər, erməni birləşməsindən 18 nəfər həlak olub.

Digər xəbərdə bildirilib ki, erməni silahlılar 12 nəfər olublar.

GAXA.ge