Mustafa Şentop: ““Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”

“Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. GAXA-nın məlumatına görə, bu barədə Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Bakıda jurnalistlərlə görüşündə deyib. Onun sözlərinə görə, Azərbaycanla Türkiyə arasında münasibətlər dünyada bənzəri olmayan münasibətlərdir.

O, qeyd edib ki, Azərbaycan və Türkiyə daim bir-birinin yanındadır: "Bizim dostluğumuz əbədiyyətə qədər olacaq".

M.Şentop bildirib ki, Türkiyə haqlı mübarizəsində qardaş Azərbaycanın yanındadır:

“Dağlıq Qarabağ heç bir zaman Azərbaycandan ayrı olmayıb. Dağlıq Qarabağ tarix boyunca heç zaman müstəqil olmayıb və bundan sonra da olmayacaq”.

GAXA.ge