Tiflisdə televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıq saçıb

Bu gün Azərbaycanda, eləcə də Gürcüstanda Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edilib. GAXA-nın məlumatına görə, əlamətdar gün münasibətilə Azərbaycanın Gürcüstandakı səfirliyinin kollektivi Ümummilli lider Heydər Əliyevin paytaxt Tiflisdəki büstünü və Rustavi şəhərindəki abidəsini ziyarət ediblər.

Axşam saatlarında isə Gürcüstan paytaxtındakı televiziya qülləsi Azərbaycan bayrağının rəngləri ilə bəzədilib. Tiflisdə yaşayan azərbaycanlıların GAXA-ya verdiyi məlumata görə, TV qülləsi çox gözəl görünüb.

Qeyd edək ki, televiziya qülləsinin Azərbaycan bayrağının bütün rəngləri ilə bəzədilməsi 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümünə həsr edilib. Gecə saatlarında Tiflis sakinləri, eləcə də qonaqlar və turistlər Azərbaycan bayrağının üç rəngini uzaqdan və yaxından sonsuz maraqla seyr ediblər.

 GAXA. ge