Ermənistanda koronavirusa yoluxma daha da artır

Son sutka ərzində Ermənistanda 1694 yoluxma qeydə alınıb. Beləliklə də ölkədə ümumi yoluxanların təsdiqlənmiş sayı 63 mini keçib. Virusdan ölənlərin sayı 1067 nəfərdir. 48 min nəfər virusdan sağalıb.

Hazırda 15 mindən artıq xəstə xəstəxanalarda müalicə olunur.

GAXA.ge