Türkiyədə öldürülən Gürcüstan vətəndaşı vətənə qaytarılacaq

Gürcüstan Xarici İşlər Nazirliyi mərhumun bu gün ya da sabah vətəninə köçürülməsini təklif edib. GAXA-nın məlumatına görə, bu barədə Gürcüstanın Birinci Kanalı xəbər verib:”Gürcüstan Xarici İşlər Nazirliyi Türkiyədə öldürülən bir Gürcüstan vətəndaşının vətənə qaytarılması məsələsi üzərində fəal iş aparır”.

İstanbulda öldürülən bir gürcü qadınının ailəsi Gürcüstan rəhbərliyindən kömək istəyir.

Bu gün İstanbulda öz arvadının əri tərəfindən öldürüldüyü, detalları bilinməsə də cinayətin təfərrüatı barədə məlumat bildirilib. Öldürülən qadının ailə üzvləri cütlük arasında tez-tez qarşıdurmalar olduğunu, ancaq qadının uşaqlarına görə hər şeyə dözdüyünü söyləyiblər. Cinayət şübhəlisi İrakli Şurgaianın yaxınları cütlük arasındakı keçmiş qarşıdurmanı inkar edir və cinayətin motivini bilmədiklərini deyiblər.

Mərhum müayinə edilib və ilkin məlumatlara görə çoxsaylı xəsarətlər alıb.

“Bu cinayətdə bir Gürcüstan vətəndaşından şübhələnndikləri bildirilib, ancaq Türkiyə hələlik təfərrüatlarını açıqlamayıb. "Mərhumun cəsədi morqdadır və mərhumun cəsədinin vaxtında köçürülməsi üçün fəal şəkildə çalışırıq",-  deyə Vladimir Konstantinidi bildirib.

Onun sözlərinə görə, çox güman ki, mərhumun vətənə köçürülməsi bu gün və ya sabah həyata keçiriləcək.

Qeyd edək ki, bundan əvvəl Türkiyədə gürcü kişi 33 yaşlı arvadını öldürdüyü haqqında xəbər yyılmışdı. Bildirilmişdi ki, cinayətin mübahisə zəminində baş verdiyi iddia edilib. Qadın Senaki sakini olub.

GAXA.ge