Baş nazir Qiorqi Qaxaria: “Böyük etimada görə Bidzina İvanişviliyə təşəkkür edirəm”

"Hər şeydən əvvəl, əlbətdə ki, komandaya təşəkkür etmək istəyirəm, partiyanın sədri kimi bu böyük etimada görə Bidzina İvanişviliyə təşəkkür edirəm. Çünki siyasi spekulyasiyaların xaricində bu çox böyük bir məsuliyyətdir", deyə - “Gürcü Arzusu” partiyasının siyahısında bir nömrəli namizəd olan baş nazir Qiorqi Qaxaria jurnalistlərə açıqlamsında bildirib.

Hökumət başçısının sözlərinə görə, hakim komandanın əsas hədəfi Avropa standartlarına yaxınlaşan iqtisadi cəhətdən güclü, ədalətli bir ölkədir.

“Bİz bu ölkəni iqtisadi cəhətdən daha güclü, demokratik etmək, nəticədə əsas hədəfimizə, Avroatlantik inteqrasiyamıza daha yaxın olmaq üçün edə bilməliyik. Bizim əsas məqsədimiz iqtisadi cəhətdən güclü bir ölkə, ədalətli bir ölkə və Avropa standartlarına yaxınlaşan bir ölkədir",- deyə baş nazir bildirib.

Seçkidən sonra “Gürcü Arzusu” ilə koalisiya qurmağı xəyal etdiyi jurnalistlərin sualına baş nazir “Gürcü Arzu”sunun inandırıcı şəkildə qalib gələcəyini və koalisiyaya ehtiyac duymayacağını söyləyib.

Qeyd edək ki, "Gürcü Arzusu" partiyası parlament seçkiləri siyahısının ilk iyirmiliyini təqdim edib və hazırkı baş nazir Qiorgi Qaxaria hökumətin başçısı vəzifəsinə namizəd göstərilib.

GAXA.ge