Dövlət naziri Tea Axvlediani Rusiya-Gürcüstan müharibəsində həlak olanların xatirəsini ehtiramla yad edib

Barışıq və Vətəndaş Bərabərliyi üzrə Dövlət naziri Tea Axvlediani Qori şəhərində Rusiya-Gürcüstan müharibəsində həlak olanların xatirəsini ehtiramla yad edib və abidə önünə gül dəstələri qoyub. GAXA-nın məlumatına görə, Dövlət naziri qeyd edib ki, "2008-ci il Rusiya-Gürcüstan müharibəsi yüzlərlə vətəndaşımızın həyatına son qoyub və bu müharibə Gürcüstanın yaxın tarixində ən faciəli bir tarix kimi qeyd edilib”.

Onların xatirəsinə böyük hörmətim var və onların ailələrinə və bütövlükdə Gürcüstan cəmiyyətinə başsağlığı verirəm. Təəssüf ki, müharibədən sonra da qeyri-insani işğalçı rejim çox sayda vətəndaşımızın, xüsusən bu gün yaddaşımda çox hörmət etdiyim Arçil Tatunaşvili, Qiqa Otxozoria, Davit Başaruli, İrakli Kvaratsxeliya həyatlarını itiriblər. Ayrıca, bölgü xətlərinin hər iki tərəfində yaşayan insanların təməl hüquqlarının kobud şəkildə pozulması və müharibə aparan cəmiyyətin təcrid edilməsi və parçalanması davam edir.

"Bu günə qədər beynəlxalq tərəfdaşlarımızın və beynəlxalq birliyin güclü dəstəyinə görə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, onlarla gələcək intensiv əlaqə vasitəsi ilə barışıq siyasəti çərçivəsində qarşıya qoyulan məqsədə nail ola biləcəyik",- deyə Tea Axvlediani bildirib.

GAXA.ge