Gürcüstanda 9 yeni koronavirus aşkar edilib, 13 xəstə sağalıb

Gürcüstanda 9 yeni koronavirus hadisəsi təsdiqlənib, 13 xəstə sağalıb. GAXA-nın məlumatına görə, indiyədək ölkədə 1206 koronavirus hadisəsi təsdiqlənib. Gün ərzində 13 xəstə sağalıb, müalicə olunanların ümumi sayı 987-dir.

Gürcüstanın 41 vətəndaşı müalicə üçün xaricdən ölkəyə gətirilib.

Gürcüstanda 17 xəstə koronavirusun qurbanı olub.

Məlumata görə, 7,071 vətəndaş karantindədir, 294 xəstə həkimlərin nəzarəti altında xəstəxanalardadır.

GAXA.ge