Marneulidə 15 yaşlı qız qaçırılıb

Marneulinin kəndlərinin birindən 15 yaşlı qız qaçırılıb. GAXA-nın məlumatına görə, qızın qaçırılmasında 3 nəfər iştirak edib. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Polis bütün təqsirləndirilənləri istintaq başladıqdan sonrakı ikinci gündə saxlaya bilib. Onlardan ikisi yetkinlik yaşına çatmayan şəxsin qanunsuz qrup ilə cinayət törətməsində, üçüncüsü də təcavüzdə ittiham olunur. Billdirilib ki, cinayətdə iştirak edənlər Marneuli polisi tərəfindən saxlanılıb.

 Daxili İşlər Nazirliyinin saytında verilən məlumata görə, polis Marneulidə yetkinlik yaşına çatmayan bir qıza qanunsuz həbs və təcavüz etmə faktını ortaya çıxarıb.

İstintaq müəyyən edib ki, üç təqsirləndirilən şəxs Marneuli kəndlərindən birinin 15 yaşlı sakinini əvvəlcədən sui-qəsd edərək oğurlayıb və qohumunun evinə aparıb. Onlardan biri qıza təcavüz edib.

Təqsirləndirilən şəxslərdən biri 15 yaşlı qızın qaçırılması və ona təcavüz etməsinin səbəbi onunla evlənmək istəyi olduğunu söyləyib.

Cinayət, "hamilə, yetkin olmayan və ya köməksiz vəziyyətdə olan bir qadına qarşı əvvəlcədən sui-qəsd edərək bir qrup şəxs tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum etmə", həmçinin cəzasını nəzərdə tutan "yetkinlik yaşına çatmayan şəxsin təcavüzü" maddələri ilə cinayət işi başlanmışdır. Onları yeddi ildən 20 ilədək həbs cəzası və ya ömürlük həbs cəzası forması gözləyir.

GAXA.ge