Marneuidə dəhşətli yol qəza hadisəsi baş verib

İyulun 18-də səhər saatlarında Marneuli rayonunun Şulaveri kəndinin yaxınlığında dəhşətli yol qəza hadisəsi baş verib. GAXA-nın hadisə şahidlərinin sölərinə istinadən məlumatına görə, sürətlə şütüyən BMW markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəzaya uğrayıb və avtomobil bir neçə dəfə aşıb. Güclü zərbə alan avtomobilin içində iki nəfər olub. Onlardan biri əslən Marneulinin Aşağı Saral kəndindən olan müğənni İbrahim Borçalının oğlu olub və o, hadisə yerində dünyasını dəyişib. Digər sərnişin isə deyildiyinə görə, ağır yaralıdır. O, təcili xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, qəza yerinə yol polis əməkdaşları və təcili yardım maşınları səfərbər olunub və rolun arxasında olan İbrahim Borçalının qəza zamanı bərk əzilən oğlunun cəsədini avtomobilin qapısını qaynaqla kəsərək çıxarıblar.

Qeyd edək ki, Türkiyədə ali məktəbdə təhsil alan İbrahim Borçalının oğlu müğənninin yeganə övladı olub.

Məlumata görə, hazırda İbrahim Borçalı Bakıdadır. Onun Marneuliyə gələcəyi gözlənilir. Bildirilib ki, o, Azərbaycanın müvafiq güc strukturlarının köməyi ilə sabah oğlunun dəfnində iştirak edəcək.

GAXA.ge