10 nəfər gürcü əsgərində koronavirus aşkar edilib

NATO-nun Əfqanıstandakı "Güclü Dəstək Missiyası"nda iştirak edən 10 hərbçidə koronavirus aşkar edildiyi təsdiqlənib. GAXA-nın Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, gürcü hərbçiləri Almaniya Hava Qüvvələrinə məxsus hərbi təyyarənin xüsusi bir uçuşu ilə ölkəyə gətirilib.

Nazirliyin məlumatına görə, iyulun 10-da təhvil verilən 28 hərbçidən 8-i sağalıb və hərbçilər artıq tibb müəssisəsini tərk ediblər. Qalan hərbi qulluqçuların səhhətləri qənaətbəxşdir.

GAXA.ge