70 yaşdan yuxarı insanların pensiyası 30 lari artacaq

İyulun 1-dən etibarən 70 yaşdan yuxarı pensiyaçılar üçün pensiyalar 30 lari artacaq və onlar hər ay 250 lari alacaqlar. GAXA-nın məlumatına görə, bu barədə hökümət administrasiyası xəbər yayıb. Qeyd edilib ki, artan pensiyadan 410 mindən çox pensiyaçı faydalanacaq.

"Bu, "Dağ bölgələrinin inkişafı haqqında" qanuna əsasən dağlarda pensiya yaşına çatmış insanlara dövlət pensiyasının 20% -i aylıq əlavə pul verilməsi ilə əlaqədardır",- deyə hökumət administrasiyasından bildirilib.

2021-ci ilin yanvar ayından etibarən pensiyaların indeksləşdirilməsi qaydasının tətbiqi planlaşdırılır, buna əsasən:

Hökümətə görə, bütün pensiyaçıların pensiyaları inflyasiya səviyyəsindən az olmayaraq artacaq, yəni qiymət artımı artıq real pensiyaların həcminə təsir göstərməyəcək;

70 yaşdan yuxarı pensiyaçılar üçün real iqtisadi artımın 80% -i inflyasiyaya əlavə ediləcək, yəni illik pensiya artımı inflyasiyadan yüksək olacaq;

İnflyasiya və iqtisadi artım parametrlərinə baxmayaraq, pensiyaların artımı 20 laridən az olmayaraq, 70 yaş və yuxarı yaşda olan pensiya alan şəxslərin pensiyası 25 laridən az olmayaraq artacaq.

GAXA.ge