Gürcüstan parlamenti konstitusiya dəyişikliklərini yekun oxunuşda qəbul edib

Gürcüstan parlamenti 31 oktyabr 2020-ci ildə parlament seçkilərinin yeni sistem altında keçirilməsi ilə bağlı Konstitusiyaya ediləcək dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib. GAXA-nın məlumatına görə, yeni seçki sistemindəki konstitusiya dəyişikliklərinin səsverməsində radikal parlament müxalifəti iştirak etməyib. Müxalifət partiyalarının "Avropa Gürcüstanı" və "Vahid Milli Hərəkat" deputatları düzəlişlərin müzakirəsində iştirak etməyiblər. Məlumata görə, buna səbəb hər iki partiyanın siyasi məhbus kimi tanıdıqları Qiorqi Ruruanın həbsdə olması olub.

117 deputat düzəlişlərin lehinə, üç deputat isə əleyhinə səs verib. Dəyişikliklərin qəbul edilməsi üçün deputatların 113 səsi kifayət edib.

Mövcud sistemdən fərqli olaraq, parlamentdəki yerlərin partiyalar arasında bölüşdürülməsi yeni düstura görə hesablanacaq.

Qeyd edilib ki, parlamentə üzv proporsional sistem üzrə 120 deputat, 30 namizəd majoritar qaydada seçiləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, 2020-ci il parlament seçkiləri 31 oktyabrda keçiriləcək.

GAXA.ge