Avqust ayına qədər daimi uçuşlar olmayacaq

Beynəlxalq müntəzəm hava daşımalarının həyata keçirilməsinə qoyulan məhdudiyyət 2020-ci il iyulun 31-nə qədər uzadılıb. GAXA-nın məlumatına görə, bu barədə Mülki Aviasiya Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, müntəzəm uçuşlar həyata keçirən aviaşirkətlər artıq bu barədə məlumatlandırılıblar.

“Mütəmadi hava nəqliyyatının bərpası barədə qərar dünyada və Gürcüstanda epidemioloji vəziyyət nəzərə alınmaqla qəbul ediləcək. Aviasiya sektoru ilə bağlı vəziyyətin proqnozlaşdırılmasının çətin olduğunu və qlobal miqyasda sərhədi və səyahət məhdudiyyətlərinin vaxtaşırı aradan qaldırılması barədə qərarlar qəbul edildiyini nəzərə alaraq, vətəndaşları və sərnişinləri bu və ya digər istiqamətdə bilet almaqdan və müntəzəm hava trafikinin geri qaytarılmasının təsdiqlənməsinə qədər çəkinməyə çağırırıq. Məlumat rəsmi mənbələrdən əldə edilə bilər.

Eyni zamanda, bildirmək istərdik ki, beynəlxalq müntəzəm hava daşımalarının bərpa olunmasından əvvəl bir neçə istiqamətdə çoxsaylı çarter reysləri davam edəcək. Sözügedən uçuşlarla bağlı məlumat uçuş icazəsi veriləndən sonra bilinəcək",- deyə Aviasiya Agentliyinin açıqlamasında bildirilib.

GAXA.ge