Sabahdan etibarən Bolnisi Bələdiyyəsinin bir neçə kəndində sərt karantin məhdudiyyətləri aradan qaldırılacaq

Qurumlararsı Əlaqələndirmə Şurasının qərarı ilə sabahdan etibarən Bolnisi Bələdiyyəsinin bir neçə kəndində sərt karantin məhdudiyyətləri aradan qaldırılacaq. GAXA-nın məlumatına görə, Gürcüstanın Baş naziri Qiorqi Qaxarianın başçılıq edən Qurumlararası Əlaqələndirmə Şurasının qərarına əsasən, epidemioloji vəziyyətin təhlili əsasında sabah, 19 may tarixindən etibarən Bolnisi Bələdiyyəsinin bir neçə kəndində sərt karantin məhdudiyyətləri aradan qaldırılacaq.

Bolnisi Bələdiyyəsinin kəndlərində - Naxiduri, Farizi, Tsurtavi, Daba Tamarisi, Xidiskuri, Muxrana, Balaxauri və Mtskneti kəndlərində karantin rejimi ləğv edilir.

GAXA.ge