Marneulidə karantin aradan qaldırılıb

Xəbər verildiyyi kimi, artıq Marneuli bölgəsi karantin rejimindən azad edilib. GAXA-nın məlumatına görə, yollara düzülən və avtomobillərin qarşısını kəsən maneələr gecə saatlarında sökülüb.

Mayın 18-dən etibarən Marneuli bölgəsi ərazisi artıq karantin zonası deyil, ərazidə hərəkət məhdudiyyəti ləğv edilib. Sakinlər Marneulidən Tiflisə azad şəkildə maşınlarla hərəkət edə bilirlər. Əhali rahat şəkildə kənd təsərrüfatı işləri ilə məşğul ola bilirlər.

Marneuli rayonu Tiflisdən 30 kilometr məsafədə yerləşir. Marneuli ərazisində yaşayan əhalinin 83,1% -ini azərbaycanlılar təşkil edir.

GAXA.ge