Marneulidə 1300 aztəminatlı ailəyə ərzaq paylanılıb

Xüsusi karantin rejimi olan Marneuli bələdiyyəsində aztəminatlı ailələrə ərzaq paylanılıb. GAXA-nın məlumatına görə, bu barədə Marneuli Bələdiyyə Başçısı Zaur Dargallı bildirib. Onun sözlərinə görə, yerli idarəetmə hakimiyyəti yerli iş adamlarının dəstəyi ilə bu gün ehtiyacı olan ailələrə yardım verilib və daha ehtiyacı olan 1300 ailəyə yardım ediləcək.

“Ən vacib istiqamətlərimizdən biri ailələrə kömək etməkdir. Biz aztəminatlı ailələrə bir çox cəhətdən kömək edirik. Artıq 1300-dən çox ailə yardım alıb, biz bu gün Marneulidə daha 1300 ailəyə kömək edəcəyik",- deyə Zaur Dargallı bildirib.

Onun sözlərinə görə, yardım üçün bələdiyyənin ehtiyat fondundan vəsait də ayrılıb.

GAXA.ge