Levan Ratiani: “COVID-19 qatil deyil”

Tiflis Universiteti Xəstəxanasında çalışan həkimlər koronavirus infeksiyası olan ciddi xəstələrin sağlamlıq vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. GAXA-nın məlumatına görə, bu xəbəri klinikanın direktoru Levan Ratiani açıqlayıb.

“Bu gün klinikamızda hamımız xoşbəxtik. "Müharibə"ni qazandığımızı deyə bilərik",- deyə L. Ratiani vəziyyəti ağır olan xəstələrdən biri haqqında məlumat verərkən deyib.

"Koronavirus xəstəsi olan daha üç xəstədə müsbət dinamika müşahidə olunur. Məsələn, onsuz da sabah həkimlər bir neçə gün əvvəl ağır vəziyyətdə olan bir qadını klinikadan çıxarmaq istəyirdilər. 80 yaşlı bir qadının da sağlamlıq vəziyyəti yaxşılaşıb, hamilə olan xəstənin vəziyyəti də yaxşıdır. "COVID-19 qatil deyil",- deyə Tiflis Universiteti Xəstəxanasının rəhbəri bildirib.

Qeyd edək ki, Gürcüstanda təsdiqlənmiş koronavirus hallarının sayı 110-a çatıb. Məlumat hökumət Stopcov.ge portalında dərc edilib.

GAXA.ge