Marneulidə gün ərzində 190 ton un istehsal edilir

Mövcud vəziyyətə baxmayaraq, strateji obyektlərin və qida məhsullarının fəaliyyəti davam etdirildiyi Marneulidə bu gündən bir həftə ümumi karantin zonası elan edilib. GAXA-nın gürcü mətbuatına istinadən məlumatına görə, bu barədə Marneuli Bələdiyyəsinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

"İstehsalat prosesi bütün Gürcüstan boyunca yüzlərlə müəssisəni təmin edən Marneuli dəyirmanında davam edir. Gün ərzində bu zavod 190 ton un istehsal edir, ilk növbədə Kvemo Kartli bölgəsinə 60-80 ton xammal tədarük edir, qalanını isə Gürcüstanın digər bölgələrinə göndərilir. Hazırda un istehsalında problem yoxdur. Hələlik 11 000 ton un may ayında əhalinin təchizatı üçün ayrılıb.

Verilən məlumata görə, mərkəzi və yerli hakimiyyət nümayəndələri gündəlik olaraq Marneuli bələdiyyəsindəki böyük obyektlərin fəaliyyətini izləyirlər.

GAXA.ge