Bu gün səhər saat 08:00-da Gürcüstanda ümumi karantin rejimi tətbiq olunub

Bu gün səhər saat 08: 00-da Gürcüstanın bütün ərazisində ümumi karantin rejimi tətbiq olunub. GAXA-nın məlumatına görə, Fövqəladə vəziyyət çərçivəsində rejimin xüsusi qaydalarına görə, piyadalar da daxil olmaqla bütün nəqliyyat növləri ilə axşam saat 21: 00-dan səhər saat 06: 00-dək hərəkət etmək qadağandır. Bildirilib ki, bu müddətdə ölkədə komendant saatı elan edilib.

Hazırda apteklərdən başqa bütün növ müəssisələrin fəaliyyət göstərməsi qadağandır.

Hökumət ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün qərar qəbul edib.

Gürcüstanda 103 təsdiq edilmiş koronavirus hadisəsi qeydə alınıb və 20 xəstə sağalıb.

 GAXA.ge