Sabah telefonlarda kiberhücum olacaq, açmayın...

Son vaxtlar telefonlarda kiberhücumlar artır. GAXA-nın məlumatına görə, bu gün saytımızın ünvanına adı çəkilməyən telefon istifadəçisindən məlumat daxil olub. Məlumatda bildirilib ki, Whatsappdan istifadə edən hər kəsi sabah kiber hücum yaxalaya bilər. Belə ki, verilən məlumata görə, sabah whatsappda "martinelli" adlı bir video olacaq. Videonu açmayın, bu video telefonunuza kiberhücum şəklində daxil olur və sonra siz telefonunuzu düzəldə bilməyəcəksiniz.

Bundan başqa, sizə gələn məlumatda bildiriləcək ki, "whatsapp"ı "whatsapp gold"un köməyi ilə yeniləşdirin”, siz bu məzmunda mesaj alsanız, düyməni basmayın.

Siz, həmçinin "Dance of the Pope" “Papa Rimskinin rəqsi” videosunu da açmayın. Bu, telefonunuzu formatlayacaq bir virusdur.

Məlumatda bildirilib ki, bu zarafat deyil, inanın!

GAXA.ge