Tiflisdə azərbaycanlı tədqiqatçı-alimə fəxri diplom təqdim edilib

“Azərbaycan-gürcü mədəni əlaqələrin inkişafında səmərəli fəaliyyətinə görə və anadan olmasının 70 illiyi münasibətilə “Gürcü teatrının dostu”cənab Gülhüseyn Kazımov fəxri fərmanla təltif olunsun”. GAXA-nın məlumatına görə, Azərbaycan Beynəlxalq Muğam Mərkəzinin (BMM) koordinatoru, tədqiqatçı-alim Gülhüseyn Kazımovun fəaliyyətini qiymətləndirən “Gürcüstan Teatr Cəmiyyəti” Yaradıcılıq Birliyinin direktoru Qeorqi Qeqeçkori bu gün Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində imzaladığı fəxri diplom və hədiyyəni tədqiqatçı-alimə təqdm edib. Tədbirdə muzeyin direktoru, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Leyla Əliyeva və digər şəxslər iştirak edib. Təqdimat mərasimində çıxış edən Gülhüseyn Kazımov Azərbaycan mədəniyyətinə və onun xidmətlərinə verilən yüksək qiymət üçün Gürcüstan Mədəniyyət Nazirliyinin rəsmisi, “Gürcüstan Teatr Cəmiyyəti” Yaradıcılıq Birliyinin direktoru Qeorqi Qeqeçkoriyə təşəkkür edib və bildirib ki, o, həmişə Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin inkişafına və hər iki xalqın qiymətli mədəni irsinin təbliğinə çalışacaq. GAXA.ge