"Mən Dözümlüyəm - Fərqli Dünyanın Azad Adamı" esse müsabiqəsinin iştirakçıları mükafatlandırılıb

Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət Nazirinin müavini Lia Qiqauri "Mən Dözümlüyəm - Fərqli Dünyanın Azad Adamı" esse müsabiqəsində iştirak edən tələbələri mükafatlandırıb. GAXA-nın məlumatına görə, müsabiqə Tolerantlıq Həftəsi çərçivəsində noyabrın 25-də Tiflis Dövlət Universitetinin Gənclər Mərkəzi tərəfindən "1 + 4 təhsil proqramı"nda iştirak edən tələbələr üçün elan edilib. Müsabiqədə Tiflis Dövlət Universiteti, İlia, Texniki, Tibb, Abxaziya, Batumi, Qori, Telavi, Kutaisi Universitetlərinin və Gürcüstan Milli Müdafiə Azlıqları Akademiyasının tələbələri iştirak ediblər. Tələbələr tolerantlıq və müxtəlif mövzularda mühazirələr dinləyərək, həmçinin, diskussiyalarda iştirak etmək imkanı əldə ediblər. Tədbir çərçivəsində onlar inşa quruluşu və yazı sənəti ilə bağlı məlumatlandırılıblar. Xüsusi seçilmiş münsiflər heyəti xüsusi mükafatlara layiq görülən inşa müsabiqəsinin 3 qalibini müəyyənləşdirib. Hər bir iştirakçı diplomlarla təltif edilib. Tədbir TSU Gənclər Mərkəzi tərəfindən BMT-nin PITA Assosiasiyası ilə ATƏT-in Milli azlıqlar üzrə Ali Komissarlığı Ofisinin maliyyə dəstəyi ilə "Gürcüstanı gənclər müxtəlifliyinə və tolerantlığına hazırlıq" layihəsi çərçivəsində təşkil edilib. GAXA.ge