Dövlət nazirinin müavini Dmanisiyə səfər edib

Gürcüstn Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin müavini Lia Qiqauri Dmanisinin Qantiadi, Cavaxi və Şindilər kəndlərinin əhalisi ilə görüşüb. GAXA-nın məlumatına görə, qanunverici və yerli özünüidarəetmə orqanlarının nümayəndələrinin qatıldığı görüşlərdə nazir müavini bölgədə yaşayan əhalinin qarşılaşdığı problemlərlə yaxından maraqlanıb. Etnik azlıqların nümayəndələri də daxil olmaqla yerli sakinlər infrastruktur problemləri - su təchizatı, yollar, küçələr və məktəblərlə bağlı ehtiyacları barədə ətraflı məlumat veriblər. Görüş çərçivəsində əhaliyə kəndlərdə və bölgədə planlaşdırılan layihələr barədə məlumat verilib. Tədbirdə iştirk edən mərkəzi və yerli hökumətin, habelə qanunverici orqanın nümayəndələri onlar ünvanlanan sualları hərtərəfli cavablandırıblar. Nazir müvini Liya Qiqauri bu gün Dmanisinin üç kəndində əhali ilə görüşdüklərini və bu cür birbaşa və açıq görüşlərdə büdcəni əhalinin ehtiyaclarına uyğun olaraq planlaşdırmaq üçün vacib olduğunu bildirib. "Bu yolla bölgələrdə yaşayan insanlara yaxınlaşa bilərik, planlaşdırma prosesində daha yaxından iştirak edirik və mövcud layihələrin necə qiymətləndirildiyinin şahidi oluruq və eyni zamanda yeni prioritetləri müəyyənləşdirmək imkanımız əmələ gəlir. Məlumata görə, bu gün keçirilən görüşlərdə içməli və suvarma su problemi və tibbi xidmətlərin səmərəliliyinin artırılmasının vacibliyi vurğulanıb. Sakinlər problemlər barədə açıq danışıblar, çünki bu problemlərin diqqət mərkəzində olacağına və hakimiyyətin onların həlli üçün əllərindən gələni edəcəyinə inandıqlarını bildiriblər",- deyə, Lia Qiqauri vurğulayıb. Görüşlərdə nazir müavini ilə bərabər Kvemo Kartli bölgə qubernatoru Şota Rexviaşvili, Dmanisi meri Giorgi Tatuaşvili, Dövlət Nazirinin müşaviri Ayaz Məmmədov və digər rəsmi şəxslər iştirak edib. GAXA.ge