Gürcüstanda noyabrın 1-dən “ağıllı” kameralar işə düşəcək, videocərimələr tətbiq ediləcək
Noyabrın 1-dən başlayaraq Gürcüstanda yeni qayda qüvvəyə minir; “ağıllı” kameralar işə düşəcək və videocərimələr həyata keçiriləcək. GAXA-nın məlumatına görə, bu barədə İnzibati Xətalar Məcəlləsində qeyd olunub. Gürcüstan daxili işlər nazirliyindən İPN.ge saytına verilən məlumata görə, nazirlik vətəndaşları yeni videocərimələr və texnoloji yeniliklər barədə yüksək səviyyədə məlumatlandırmaq üçün məlumat bukletləri hazırlayıb. Daxili işlər nazirliyinin (DİN) patrul polis əməkdaşları hazırlanan məlumat bukletlərini Tiflisdə və regionlarda sürücülərə paylayacaqlar.
Bu ilin noyabr ayının 1-dən İnzibati Xətalar Məcəlləsində videocərimələrin həyata keçirilməsi üzrə yeni qaydalar qüvvəyə minəcək. Bundan başqa, DİN-nin Birgə Əməliyyatlar Mərkəzində videoanalitik proqramla idarə olunacaq “ağıllı” kameralar işə düşəcək və avtomatik rejimdə müxtəlif inzibati xətalar qeydə alınacaq. DİN-nin Polis Texnoloji İslahatları çərçivəsində 2017-ci ilin sonunadək ölkə ərazisində 3000 “ağıllı” kameralar quraşdırılacaq.
Daha konkret olaraq, Daxili İşlər Nazirliyinin məlumatına görə, yeni icra qaydasına görə ödəmə aşağıdakı kimidir:
• 10 qayda pozuntusundan sonra 10 təqvim günü ərzində videocərimə haqqında qısa SMS vasitəsilə alınan cərimə ödənilərsə, cərimə olunan şəxs cərimənin 20%-dən azad olunur.
• Əgər, 10 gün ərzində videocərimə haqqında qısa SMS alan şəxs cəriməni ödəməsə, cərimə ödəmək haqqında məlumat poçt vasitəsilə şəxsin yaşayış yerinə göndərilir.
• Qaydanı pozan şəxs 30-60 gün ərzində cəriməni ödəmədikdə ona təkrarən videocərimə ödəmək haqqında məlumat göndərilir.
• poçt vasitəsilə göndərilən cərimə qəbzi iki dəfə göndərildikdən sonra ödəniş həyata keçirilməsə, qəbz barədə məlumat DİN-nin rəsmi saytında (www.police.ge) dərc olunacaq.
• Ödəniş qəbzi rəsmi şəkildə dərc olunduğu 30-cu günədək ödənilməlidir.
• Qayda pozuntusu qeydə alınan video və ya şəkil faylı aldıqdan sonra cərimə 30 gün ərzində ödənilməlidir. Cərimə ödənilməsə, Gürcüstan qanunauyğunluğuna görə müəyyən edilmiş qaydada ödəniş məcburi şəkildə həyata keçiriləcək .
• Qayda pozuntusu haqqında çəkilmiş video və fotoşəkilin müddəti altı aydan 1 ilədək artırılır.
• Cərimə ödəmə zamanı vətəndaşlar banklar, sürətli ödəniş aparatları və xidmət agentliyi vasitəsilə xidmət imkanı əldə edir.
• Eyni zamanda bu gündən etibarən, ölkə daxilində “ağıllı” kameralar aktivləşdiriləcək. Daxili İşlər Nazirliyinin Polis Texnoloji İslahatları çərçivəsində 2017-ci ilin sonuna qədər 3000-dən çox ağıllı kameralar quraşdırılacaq.
• Daxili İşlər Nazirliyinin məlumatına görə, Birgə Əməliyyatlar Mərkəzində tətbiq olunan video proqramlar vasitəsilə müxtəlif avtomatik inzibati xətalar müəyyən ediləcək. Cinayət törədicisi aşağıdakı hallarda cərimələnəcək:
• Qırmızı işıqda,
• İkiqat xətti keçdikdə,
• Sürətlə hərəkət etdikdə,
• Əks istiqamətdə hərəkət etdikdə,
• Bələdiyyə nəqliyyat sahəsində hərəkət edərkən.
• Qaydanı pozan sürücü haqqında cərimələr aşkar edildikdən sonra, o, avtomatik olaraq qısa bir mətn forması və ya ərizə vasitəsilə məlumatlandırılmalıdır.
• Bundan başqa, DİN bildirir ki, əməliyyat zamanı vətəndaşlarla əlaqə nömrəsi müəyyən olunmasa, sürücü vəsiqəsi olan şəxslərin agentliyin rəsmi saytında qeydiyyatdan keçməsi vacibdir.
Qeyd etmək lazımdır ki, il ərzində toplanan ballar videocərimələrə tətbiq edilmir.