İran prezidenti: "İran təhdid xarakterli ifadələri rədd edir və ABŞ-ın "qorxutmalarına" heç vaxt tabe olmayacaq"
İran prezidenti Məsud Fəzəşkian bildirib ki, “İran təhdid dilini rədd edir və ABŞ-ın “qorxutma”sına heç vaxt uymayacaq.
“İran İslam Respublikası beynəlxalq hüquq çərçivəsində, lakin öz inancları və prinsipləri əsasında istənilən dialoqa hazırdır. O, məcburiyyətə uymayıb və uymayacaq. Əgər onlar bizimlə məntiqi şəkildə danışsalar, dialoq mümkündür, amma təhdid və qorxutma dili bizi heç yerə aparmayacaq”, - deyə Məsud Fəzəşkian bildirib.
Fəzəşkian vurğulayıb ki, İslam Respublikası Fars körfəzinin ərəb dövlətləri ilə mehriban qonşuluq münasibətlərini qorumaqda maraqlıdır.
“Biz regiondakı qardaşlarımızla heç bir münaqişə istəmirik, amma reallıq budur ki, ölkəmizin məktəbləri, xəstəxanaları və infrastrukturu regionun bəzi ölkələrində yerləşən və onların məkan və imkanlarından istifadə edən Amerika bazalarından bombalanıb.
Biz müsəlman ümmətini dini təlimlərə əsaslanaraq birləşməyə çağırırıq. Biz inanırıq ki, doğru, ədalətli yolda gedərkən fikir ayrılığı üçün heç bir əsas olmayacaq”, - deyə İran prezidenti əlavə edib.
GAXA.ge

