Leypsiqdə avtomobil izdihamın üzərinə çırpılıb, azı iki nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtomobil izdihamın üzərinə çırpılıb və nəticədə ən azı iki nəfər ölüb. GAXA-nın məlumatına görə, bu barədə Alman mediası xəbər bildirib. Yerli polisin məlumatına görə, yüksək sürətlə hərəkət edən avtomobil Leypsiqin mərkəzindəki piyada zonasına daxil olub və nəticədə ən azı iki nəfər ölüb, 20 nəfər yaralanıb.
Leypsiq meri Burkhard Yunq bildirib ki, polis avtomobilin sürücüsünü saxlayıb.
Media sürücünün əvvəlcə hadisə yerindən qaçdığını, lakin daha sonra həbs olunduğunu bildirib.
"Sürücü saxlanılıb və artıq təhlükə yaratmır", - deyə polis bildirib.
GAXA.ge