İsa İsmayılzadə: -Mənim qanadlarım olub bir zaman

“Mənim qanadlarım olub bir zaman”. Ovqatımın xoş vaxtlarında tez-tez xatırladığım bu misralar mərhum şair İsa İsmayılzadənindir.
Dəyərli yazarları yad etmək vəfa borcudur. Bu gün Yazıçılar Birliyində İsa İsmayılzadənin 85 illik yubileyiylə bağlı tədbir keçirildi. Dostları, sənət adamları, doğmaları xatirələrini danışdılar, şairi yad etdilər, şeirlərini səsləndirdilər.
Çoxları bilmir ki, tez-tez eşitdiyimiz, Bayatı-Şiraz üstündə oxunan bu məşhur sözlərin müəllifi də İsa İsmayılzadədir:
Sən mənim köksümdə çarpan ürəksən,
Mən sənin köksündə-kiçik bir zərrə.
Mənə qanad verən odlu diləksən,
Adına, özünə Vətən deyirəm,
Çölünə, düzünə Vətən deyirəm!
Oğlu Arazın dediyi kimi, özü Şuşanın azad olmağını görməsə də, misraları Cıdır düzündə səsləndi, ruhu təskinlik tapdı.

Rəşad Məcid, Azərbaycan Mətbuat Şurasının sədri,
GAXA.ge