Cəlil Məmmədquluzadənin redaktorluğu ilə 1906-cı ilin 7 aprelində Tiflisdə “Molla Nəsrəddin” jurnalı nəşrə başlayıb
Cəlil Məmmədquluzadənin redaktorluğu ilə 1906-cı ilin 7 aprelində Tiflisdə nəşrə başlayan “Molla Nəsrəddin” jurnalı bütün Şərq aləmində ilk satirik, rəngli-şəkilli jurnal kimi mətbuat tariximizin böyük salnaməsini yaratdı. Jurnal 25 il öz səhifələrində bəşər sivilizasiyasının bir hissəsi olan Şərq mədəniyyətini, o cümlədən Azərbaycan düşüncə tərzini, milli problematika, milli dil, milli üslub komponentlərinin təzahürünü gündəmə gətirməklə xalqımızın keçdiyi böyük təkamül yolunu izləyə və işıqlandıra bilmişdir.
Vüqar Əhməd
GAXA.ge

