6 aprel 2026-cı il tarixində İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Gününə həsr olunmuş qızlar arasında voleybol yarışı keçirildi
6 aprel 2026-cı il tarixində İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Gününə həsr olunmuş qızlar arasında voleybol yarışı keçirildi. Tədbirin məqsədi gənclər arasında idmana marağın artırılması idi. Yarış ənənəvi olaraq 2021-ci ildən, Marneulidə yerləşən "Modus" kollecində təşkil olunur. Yarışda "Tea House" və "Borchalı Carpet and Art" mərkəzlərinin qız tələbələrindən ibarət komandaları iştirak etdilər. Yarış "Borchalı Carpet Art" komandasının 3:0 hesablı qalibiyyəti ilə yekunlaşdı. Yekunda qalib komandaya sertifikatlar təqdim olundu.

