Yuxarı Saral kəndində İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Gününə həsr olunmuş şahmat yarışı keçirildi
6 aprel 2026-cı il tarixində Yuxarı Saral kəndində fəaliyyət göstərən "SARAL İnkişaf və Təhsil Mərkəzi"ndə İnkişaf və Sülh Naminə Beynəlxalq İdman Gününə həsr olunmuş şahmat yarışı keçirildi. Yarışda "Tea House", "OXU Təhsil Mərkəzi" və "SARAL İnkişaf və Təhsil Mərkəzi"nin şahmat kursu üzvləri iştirak etdilər. İsveçrə sistemi üzrə keçirilən turnirdə 47 nəfər şahmatçı iştirak etdi.
Tədbirin əvvəlində "İnkişaf və Təhsil Mərkəzi"nin direktoru Emin Əhmədov, "OXU Təhsil Mərkəzi"nin direktoru Murad Muradov və "SARAL İnkişaf və Təhsil Mərkəzi"nin koordinatoru Sara İsgəndərova çıxış edərək şahmatçılara uğurlar arzu etdilər. İki kateqoriyada mübarizə aparan şahmatçılardan aşağıdakılar qalib oldular.
A kateqoriyası üzrə qaliblər:
I yer: Ayhan Əsgərov (6 bal) "Tea House"
II yer: Əli Əliyev (5 bal) "Tea House"
III yer: Əli Aslanov (5 bal) "OXU Təhsil Mərkəzi"
B kateqoriyası üzrə qaliblər:
I yer: Vüqar İsmayılov (6 bal) "SARAL İnkişaf və Thsil Mərkəzi"
II yer: Qaqik Mirakyan (6 bal) "Tea House"
III yer: Mate Kiparoidze (5 bal) "Tea House"
Yarışın sonunda qaliblər kubok, medal və sertifikatlarla təltif olundular.
Yarış Qasım Əliyev, Emil Allahverdiyev və Tacir Allahverdiyevin rəhbərliyi ilə keçirildi.
GAXA.ge

